12 aprel 2012 00:11
“Əlimizdən gələni edəcəyik ki, XL üzərində qələbə qazanaq” (VİDEO)
“Xəzər Lənkəran”ın necə güclü komanda olduğunu bilirik. Premyer Liqanın turnir cədvəlində ikinci pilləni tutur”. Azerisport.az xəbər verir ki, bu sözləri “Bakı”nın futbolçusu Mario Lukas Horvat deyib.
Horvat çempionatda bütün şanslarını itirdiklərini bildirib: “Biz artıq “Xəzər Lənkəran”ı tanıyırıq. Çünki onların meydanında oynamışıq və qələbə qazanmışıq. Bu dəfə də əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Bilirik ki, çempionatda şanmlarımızi itirmişik. Amma bundan sonra da Premyer Liqada bütün oyunlara qələbə üçün çıxacağıq. Həmçinin “Qarabağ”la kubok oyuna da”.
