11 aprel 2012 11:27

Əsgər Abdullayev: Turan təmiz oyun oynayır

“Turan”ın baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib.
 
- Final mərhələsində “Turan” üç qələbə qazanıb, iki heç-heçə edib. Belə nəticəni gözləyirdinizmi?
- Bizim belə oynayacağımızı heç kim gözləmirdi. Amma mən bilirdim ki, hər gün həyata keçirdiyimiz çalışmalarımız nə vaxtsa bəhrəsini verəcək. Bizim sirrimiz sabit heyətimizin olmasındadı. Maksimuma çalışırıq. Çünki elə də yaxşı vəziyyətdə olmadığımızı bilirik. “Turan” elitanı tərk edə bilər. Bu üzdən də hədəfimizə çatana kimi dayanmamalıyıq.
 
- Bir vaxtlar klub ciddi maliyyə böhranı keçirirdi. İndi vəziyyət nə yerdədi?
- Bizim maliyyət problemlərimiz həll olunub. Köhnə rəhbərlik haqda danışmaq istəmirəm. Onların yəqin ki, həmin problemləri həll etməyə imkanı yox idi. Amma indi futbolçular maaşlarını vaxtında alırlar. Bu mövsüm biz çox şey gördük: futbolçuların meydana çıxmaqdan imtina etməsini, əvəzedici heyətin üzvlərini oynatmaq. İndi isə heç bir problemimiz yoxdu.
 
- Deməli, hər şey puldan asılıdı? Pul yox idi, heç kim oynamırdı, olan kimi nəticələr gəlməyə başladı...
- Daha bir məqam futbolçuların heç birinin komandanı birinci divizionda təsəvvür edə bilməməsindədi. Futbolçular üçün hər cür şərait yaradılıb ki, futboldan başqa heç nə haqda düşünməsinlər.
 
- Komanda Premyer Liqada Liqada qalsa, siz də komandanın sükanı arxasında qalacaqsız?
- İndiki zamanda bu suala cavab verə bilmərəm. Mövsüm başa çatandan sonra hər şeyi müzakirə edəcəyik. Hədəflərə baxacağıq. Məşqçidən nə tələb olunursa, ona da uyğun şərait yaradılmalıdı.
 
-  Belə bir iddia var ki, elitadakı yerlərini təmin edən klublar “Turan”a kömək edirlər. Bu xəbərlərə sizin münasibətinizi bilmək istərdik...
- Mən həmin insanları başa düşə bilmirəm. “Turan” haqda necə belə sözlər danışa bilirlər? BU, futbolçularımıza, məşqçilərə, komandamıza hörmətsizlikdi. Onda həmin klublar niyə mövsümün əvvəlində də bizə kömək etmirdilər?
 
- “Kəpəz” üzərindəki qələbəniz daha çox səs-küy doğurdu...
- Mən belə şeylər haqda düşünmək istəmirəm. “Turan”a belə kömək lazım deyil. Biz təmiz oyun oynayırıq. Əvvəllər belə söhbətlər var idi ki, Əsgər Abdullayev hansısa xoşbəxtlik gətirən gödəkçəsiylə qələbələr qazanır. İndi də rəqiblərimizin “Turan”a qəsdən uduzduğunu deyirlər.
 
- Növbəti turdakı rəqibiniz – “Simurq” barədə nə deyərdiz?
- “Simurq” ciddi rəqibdi. Güclü heyətləri var. Amma futbolçularımız başa düşürlər ki, hələ heç nə həll olunmayıb. Buna görə də əlimizdən gələni edəcəyik ki, istənilən nəticəyə nail olaq.
 
- Sizin keçmiş klubunuz AZAL Vaqif Sadıqova tapşırılıb. Bu barədə də fikirləriniz maraqlıdı...
- Mən bu vəzifənin ona tapşırılmasına çox sevindim. Vaqifi şəxsən təbrik etdim, ona uğurlar arzuladım. Ümumiyyətlə, bizim məşqçilərə diqqət göstərilməsi məni həmişə sevindirir. Məşqçilərimiz də sübut edirlər ki, futbolumuzu əcnəbilərdən daha yaxşı bilirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.