11 aprel 2012 11:34
UEFA Azərbaycanı Türkiyəyə rəqib etdi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması aprelin 19-dan 21-nə qədər olan müddətdə Gürcüstanın paytaxtı Tiflisdə UEFA tərəfindən təşkil olunacaq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, komandamız 4 iştirakçıdan ibarət turnirin finalına vəsiqə uğrunda Türkiyə ilə mübarizə aparmalı olacaq. Digər yarımfinal cütündə isə Gürcüstan və Qazaxıstan mübarizə aparacaq. Yığmamız finala vəsiqə qazanacağı halda, məhz bu komandalardan biri ilə üz-üzə gələcək.
Turnirin təqvimini diqqətinizə çatdırırıq:
19 aprel
15:00. Gürcüstan–Qazaxıstan
17:00. Azərbaycan–Türkiyə
21 aprel
15:00. 3-cü yer uğrunda oyun
17:00. Final
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
