11 aprel 2012 12:03
Yunis Hüseynov: Adrian Pit Xəzər Lənkəranda qalacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov komandanın aparıcı yarımmüdafiəçisi Adrian Pitin mövsümün sonunda komandadan gedəcəyinə dair informasiyalara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətiribi:
“Onun gedəcəyinə dair heç nə bilmirəm. Baş məşqçi kimi onun hazırkı formasından razıyam. Adrian komandanın qələbə qazanmasında az kömək etmir. Mən istərdim ki, o, qalsın və komandadakı çıxışını davam etdirsin. Belə şayiələrə inanmağa dəyməz”.

Qeyd edək ki, Pitin mövsümün sonunda “Xəzər Lənkəran”ı “İnter”ə dəyişəcəyi iddia olunur.