13 aprel 2012 00:35
Türkiyə kuboku: Bütün yarımfinalçılar bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Bir oyundan ibarət bu mərhələnin açılış matçında “Eskisehirspor”la “Antalyaspor” üz-üzə gəlib. Daha güclü çıxan “Eskişehirspor” yarımfinala yüksələn ilk komanda adını qazanıb.
İkinci oyun günündə “Fenerbahce” “Kayserispor”la qarşılaşıb. Artıq 10 illərdi kuboka həsrət olan "Fenerbahçe" bu görüşdə də məğlubiyyətə yaxın olub. Lakin "sarı-lacıvərdlilər" buraxılan iki erkən qola rəğmən, əsl əzmkarlıq nümayiş etdirərək, öncə hesabı bərabərləşdiriblər. Daha sonra qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub ki, burda da "Fenerbahçe" güclü olub.
Nəhayət, son gündə “Karabükspor”la “Boluspor”, “Sivasspor”la da “Bursaspor” münasibətlərinə aydınlıq gətiriblər. Daha güclü çıxan "Karabükspor"la "Bursaspor" növbəti mərhələyə adlayıblar.
Beləliklə, finala vəsiqə uğrunda "Bursaspor"la "Eskişehirspor", "Karabükspor"la isə "Fenerbahçe" mübarizə aparacaq.
Türkiyə Kuboku
1/4 final mərhələsi
10 aprel
Eskisehirspor – Antalyaspor – 3:0
Qollar: E.Zengin, 41; 48, B.Karadeniz, 69.
11 aprel
Fenerbahce - Kayserispor - 2:2 (penaltilərlə - 5:4)
Qollar: Kristian, 48, Sou, 90 - Amrabat, 43, Kuyoviç, 47.
12 aprel
Karabükspor - Boluspor - 1:0
Qol: Parlak, 86.
Sivasspor - Bursaspor - 1:4
Qollar: Kavuk, 57 - Batalya, 6, Pinto, 36; 38, Vederson, 78.
