11 aprel 2012 12:54
28-ci turun proqramı açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 28-ci turunun proqramı açıqlanıb. Azerisport.az növbəti turun oyun cədvəli ilə sizi də tanış edir.
Qeyd edək ki, 28-ci turun oyunları hamısı eyni gündə keçiriləcək. Turun oyun cədvəli aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
28-ci tur
13 aprel (cümə)
Bakı - AZAL
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
Kəpəz - İnter
Gəncə. Şəhər stadionu. Saat 16:00.
Neftçi - Qəbələ
Bakı. Dalğa Arena. Saat 16:00.
Xəzər Lənkəran - Turan
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.
Rəvan - Qarabağ
Bakı. "Şəfa" stadionu, 4-cü meydança. Saat 16:00.
Simurq - Sumqayıt
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
