12 aprel 2012 13:27
Növbəti Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək
Ali təhsil müəssisələri arasında futbol üzrə sayca 4-cü ölkə çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 13-də sözügedən çempionatın açılış mərasimi keçiriləcək. Tədbir saat 15:00-da, “Şəfa” stadionunda baş tutacaq.
Qeyd edək ki, çempionat ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.
