12 aprel 2012 13:44

“Beş oyuna 15 xal qazana bilərik”

“Bakı”nın qapıçısı Marko Şarliya Premyer Liqanın 28-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran”la oyunun hazırlıqları necə gedir?
- Hər şey öz qaydasıyla gedir. Çətin oyuna hazırlaşırıq. Cənublular son dövrlər yaxşı oyun sərgiləyirlər. Onlar son turda “Qəbələ”ni səfərdə məğlub etdilər. Bizim itiriləsi heç nəyimiz yoxdu. Həm də “Xəzər Lənkəran”ı doğma meydanda qəbul edəcəyik. Evdə oynayırıqsa, qələbə qazanmalıyıq.

- Final mərhələsində bunu artıq səfər oyununda bacarmısız...
- Həmin oyunda layiqli qələbə qazandıq. Biz həqiqətən “Xəzər Lənkəran”dan yaxşı oynamışdıq. Çox istərdim ki, bu rəqibdən güclü olduğumuzu qarşıdakı oyunda da sübut edək. Aradakı xal fərqinin çox olması heç nəyi dəyişmir.
 
- “Bakı”nın kapitan sarğısını artıq siz də daşıyırsız...
- Kapitan olmaq çox məsuliyyətli işdi. Başqa dəyişiklik yoxdu. Şadam ki, sarğını mənə də həvalə edirlər. “Bakı” komanda oyunu sərgiləməyə çalışır. Bu, bizdə alınanda qələbə qazanırıq. Ona görə də belə komandanın kapitanı olmaq çox xoşdu.
 
- “Xəzər Lənkəran”la oyun sizin üçün nə dərəcədə prinsipialdı?
- Bu, adi matçdı. “Xəzər Lənkəran”dan sonra bizi “Qarabağ”la da oyun gözləyir. İndi hər oyun bizim üçün finala bərabərdi. Maksimuma nail olmalıyıq. Amma başqa hansısa prinsipiallıq yoxdu. Sadəcə, çempionatı mümkün qədər üst pillələrdə başa vurmaq istəyirik. Son beş turda 15 xal toplaya bilərik.

- “Bakı”da ən sabit oyunçu kimi Uinston Parksı fərqləndirmək olar. Razısız?
- Mən digərlərini də hesabdan silməzdim. Amma Parks həqiqətən hazırda çoxlarından yaxşı təsir bağışlayır.
 
- Çoxları belə düşünür ki, “Bakı”nın çempionatda heç bir motivasiyası qalmayıb...
- Bu, düz deyil. “Xəzər Lənkəran” və ya “Neftçi” kimi komandalara qarşı necə motivasiyasız oynamaq olar? Çempionluğa oynayan komandaları məğlub etməyi hər kəs istəyir. Əlbəttə, bizim kubokdakı şanslarımız daha yüksəkdi. Amma bu, o demək deyil ki, çempionatda heç bir marağımız qalmayıb.
 
- Sizcə, çempionluğa kim daha yaxındı?
- İlk üçlükdə qərarlaşan komandaların hamısı yaxşı təsir bağışlayır. Onları fərqləndirmək mənə çətindi. Kimsə məndən inciyə bilər. “Neftçi” izləyicilərindən altı xallıq fərqlə öndədi. “Qarabağ”ı da favorit saymaq olar. Son turlarda bu komanda digərlərindən daha yaxşı təsir bağışlamaqdadı.
 
- Kubokda da sizi məhz bu komanda ilə duel gözləyir...
- Biz indidən “Qarabağ”la oyunları düşünə bilmərik. Qarşıda hələ “Xəzər Lənkəran”la çətin görüşümüz var. Amma mən əminəm ki, “Bakı” “Qarabağ”ı keçəcək gücdədi. Biz Azərbaycan kubokunun finalına çıxa bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.