12 aprel 2012 01:46
“Azərbaycan millisi ilə bağlı qərarıma görə təəssüflənmirəm”
Futbol üzrə Rusiya yığmasının, eləcə də Moskva “Dinamo”sunun əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov azerisport.az saytına müsahibəsində AÇ-2012-yə aparılmamasından, eləcə də Azərbaycan millisindən imtinasına görə təəssüf hissi keçirib-keçirməməsindən danışıb.
- Rusiya mətbuatında belə bir məlumat yayılıb ki, yığma komandanın baş məşqçisi Dik Advokat sizi AÇ-2012-yə aparacağı heyətə daxil etməyib. Bu xəbəri necə qarşıladınız?
- Mən bu haqda heç nə bilmirəm. Heyət hələ açıqlanmayıb. Yığmanın düşərgəsindən də mənimlə heç kim əlaqə saxlamayıb. Mən heç baş məşqçinin qərarından da xəbərdar deyiləm.
- Özünüzün Ukrayna və Polşada keçiriləcək qitə birinciliyinə getmək şanslarınızı necə qiymətləndirirsiz?
- Hər şey mümkündü. Qərar baş məşqçinindi. Şanslarımı əllinin əlliyə qiymətləndirirəm. Əgər yığmaya lazım olsam, Advokat məni də çağırar.
- Hər şey mümkündü. Qərar baş məşqçinindi. Şanslarımı əllinin əlliyə qiymətləndirirəm. Əgər yığmaya lazım olsam, Advokat məni də çağırar.
- Birdən lazım olmasaz necə?
- Özümü öldürməyəcəm ki. Əlbəttə, istərdim ki, AÇ-yə gedim. Amma baş məşqçinin qərarından asılıdı. Həm də hazırda daha çox klubumun çıxışı barədə düşünürəm. Yığma barədə çempionatdan sonra düşünməyə vaxt taparıq.
- Sizin əvəzinizə yığmaya Vladimir Bıstrovun dəvət olunduğu bildirilir...
- Əgər elə yazıblarsa, deməli elə olacaq. Məndə komandanın heyəti ilə bağlı heç bir məlumat yoxdu. Çünki bu, rəsmi olaraq açıqlanmayıb.
- Son dövrlər Bakıdan zənglər almamısız?
- Xeyr. Bakıdan zəng olmayıb.
- Xeyr. Bakıdan zəng olmayıb.
- Azərbaycan yığmasından imtina etdiyinizə görə təəssüflənmirsiz ki?
- Xeyr. Mən hər şeyi tamamilə düzgün etdim. Rusiya yığmasına düşmək mənim üçün çox vacib idi. Təəssüflənməkdən söhbət gedə bilməz.
