12 aprel 2012 14:53
10 azərbaycanlı məşqçi Nyona gedir
Xəbər verdiyimiz kimi, hazırda azərbaycanlı məşqçilər üçün AFFA tərəfindən təşkil olunmuş UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının praktiki imtahanları keçirilir. Azerisport.az xəbər verir ki, həmin 10 mütəxəssis aprelin 22-də Nyona yola düşəcək.
Onların arasında Qurban Qurbanov, Şahin Diniyev, Vəli Qasımov, Nazim Süleymanov, Arif Əsədov, Təbriz Həsənov və başqaları yer alacaq.
