13 aprel 2012 00:26
Millimizin hücumçusunu yarımfinala buraxmadılar (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının forvardı Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” klubu da yarımfinala vəsiqə uğrunda mübarizə aparırdı.
Həmyerlimizin komandası neytral meydanda – “Şükrü Saracoğlu” stadionunda “Bursaspor” ilə qarşılaşıb. Lakin görüş onun komandası üçün çox uğursuz alınıb. Nəticədə, sivaslılar kubokla vidalaşmalı olublar.
Bu oyunda Cihanın da forma geyməsi gözlənilirdi. Lakin baş məşqçi Rza Çalımbay son oyunlarda ehtiyatda saxladığı Özkaraya bu oyunda şans tanımayıb və sonadək ehtiyatda saxlayıb.
Türkiyə kuboku
1/4 final
12 aprel
Sivasspor - Bursaspor - 1:4
