12 aprel 2012 16:42

Yunis Hüseynov: 6 xal silinsə, avrokuboklara düşməyimiz çətin olacaq

FİFA "Xəzər Lənkəran"ın 6 xalını silməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, buna cənub təmsilçisinin 2008/09 mövsümündə transfer etdiyi braziliyalı yarımmüdafiəçi Romulo Silvanonun FİFA-ya etdiyi şikayət səbəb olub.
 
Belə ki, dünya futbol qurumu “ağ-yaşıllar”ın hesabından 6 xalın silinməsini tövsiyə edib. Hazırda FİFA və “Xəzər Lənkəran” arasında bu məsələ ilə bağlı danışıqlar davam edir. Cənublular sözügedən futbolçuya olan borclarını ödədiklərini iddia edərək belə bir cəzanın verilməməsinə nail olmaq istəyirlər.
 
Sözügedən məsələ ilə bağlı “ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov saytımıza açıqlamasında bunları dilə gətirib: “Bundan mənim də xəbərim var. Amma başa düşə bilmirəm ki, futbolçunun borcu ödənilibsə, daha komandanın hesabından altı xal silinməsi nəyə lazımdı? Altı xalımızın silinməsi komandaya pis təsir edə bilər. Mən bunu heç təsəvvür edə bilmirəm. Elə olsa, bizə hətta avrokuboklara düşmək də çətin olacaq”.
 
Qeyd edək ki, hazırda 51 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci pilləni tutan “Xəzər Lənkəran” xalı silincəyi halda 45 xalla 4-cü pilləyə düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.