12 aprel 2012 17:21
Azərbaycan dünyada 16-cı, Avropada 10-cu oldu
FİFA futzal üzrə dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması dekabr ayında açıqlanan reytinq siyahısı ilə müqayisədə bu dəfə bir pillə geriləməli olub.
Belə ki, Joze Alesio da Silvanın yetirmələri hazırda 1295 xalla 16-cı pillədə qərarlaşıb. Bu yaxınlarda komandamızı DÇ-2012-yə vəsiqədən məhrum edən Rusiya yığması isə dördüncü pillədədi və 1710 xala malikdi.
Avropa komandaları arasında isə Azərbaycan 10-cu yerdə gedir. Komandamız İspaniya (2004), İtaliya (1762), Rusiya (1710), Portuqaliya (1659), Ukrayna (1478), Serbiya (1364), Xorvatiya (1359), Rumıniya (1349) və Belarusdan (1313) geri qalır.
