12 aprel 2012 17:04
Yaz turnirinin qalibi müəyyənləşdi (FOTOREPORTAJ)
AFFA və Əlilər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman zalında eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən “Yaz turniri”nə yekun vurulub. Azerisport.az xəbər verir ki, son turda aşağıdakı nəticələr qeydə alınıb:
Şimşək – Birlik 9:4
Ümid – Zirvə 17:9
Beləliklə, turnirin qalibi adını “Ümid” komandası qazanıb. “Şimşək” ikinci, “Zirvə” isə üçüncü yeri tutub. Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
