12 aprel 2012 17:45

Admir Teli: Qələbə 3 xaldan daha dəyərlidi

“Qarabağ” aprelin 14-də “Qəbələ”ylə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu, tərəflərin cari mövsüm kubok oyunlarını da nəzərə alsaq, 6-cı qarşılaşması olacaq.
 
Geridə qaln 5 görüşün 4-ündə  bərabərlik  qeydə alınıb, 1 oyunda isə ağdamlılar məğlubiyyətlə üzləşiblər. Sabah Qəbələyə yollanacaq komandanı bu dəfə də çətin sınaq gözləyir. “Qarabağ”ın müdafiəçisi Admir Teli klubun rəsmi saytına açıqlamasında oyun haqqında danışıb:
 
“3 ildən çoxdu “Qarabağ”dayam. Amma bu müddətdə cəmi 1 dəfə  “Qəbələ”ni məğlub edə bilmişik. O da ötən mövsüm Suraxanıda olub - 3:0. Deyərdim ki, bəlkə Azərbaycan çempionatında “Qəbələ”dən güclü olanlar var. Amma bizə görə ən çətin “Qəbələ”di. Futbolda belə şeylər olur. Oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, “Qəbələ”ylə oyunda sərfəli nəticə qazana biləcəyik. Amma bu məqamda “Qəbələ”ni digər rəqiblərdən fərqləndirmirik. Final mərhələsində hər qələbə 3 xaldan daha dəyərlidi. “Qəbələ” son oyunlarda uduzduğuna görə meydana aqressiv çıxacaq. Hər halda avrokuboklara az da olsa, ümidləri var. Amma bizim uduzmağa haqqımız yoxdu. Düzdü, futbolda hər şey olur. 4-5 aydı məğlub olmuruq. Qəbələdə qələbə qazanıb həm uğursuzluğa son qoymaq, həm də iddiamızı qorumaq istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.