12 aprel 2012 18:45
DÇ-2012 Azərbaycan sərgidə (FOTOREPORTAJ)
Dünya çempionatının təbliğatı 11-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində davam edir. Azerisport.az xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tədbirdə iştirak edib. Sərgi qonaqları və xarici ziyarətçilər dünya çempionatının hazırliq işləri ilə tanış olub və müxtəlif suallara cavab alıblar.
Dünya çempionatının stendini ziyarət edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də hazırlığın gedişatı haqqında məlumat alıb. Sərginin açılış günündə, çempionatın stendi qarşısında yerləşdirilmiş süni futbol meydançasında toplarla qollar vurulub və stolüstü futbol oynanılıb. Maraqlı və interaktiv oyunlar əsasında içtirakçı və azarkeşlərə müxtəlif hədiyyələr təqdim olunub.
