12 aprel 2012 11:23
AFFA-nın baş katibi Romada
İtaliyanın paytaxtı Romada FIFA tərəfindən Qadın Futbolunun Texniki Konfransı keçirilir. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov Konfransda “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012: çempionatın Azərbaycanda keçirilməsinin üstünlükləri və çətinlikləri” mövzusunda çıxış edəcək.
Konfrans aprelin 13-də başa çatacaq. Aprelin 14-də isə Roma şəhərində FIFA qızlar Grassroots Festivalı keçiriləcək.
