12 aprel 2012 12:03
AFFA maskotun adını təqdim edəcəyi tarixi açıqladı
FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi maskotunun adı aprelin 13-də, saat 11:30-da, Bakı Expo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində elan ediləcək. Azerisport.az zəbər verri ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, FIFA U-17 Qadınlarası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi maskotu üçün ən yaxşı ad açıq müsabiqəsinin qalibi təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının talismanının adı artıq məlumdu. Belə ki, talismana “Top-Top Xanım” adı verilib. Bu adı tanınmış KVN-ci və aktyor Bəhram Bağırzadə təklif edib.
Onu da xatırladaq ki, dünya çempionatı 22 sentyabr – 13 oktyabrda təşkil olunacaq.
