12 aprel 2012 12:25
Flavinyo İnterə qarşı oynamaya bilər
“Neftçi” Premyer Liqanın 28-ci turunun “İnter”lə oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” paytaxt derbisinə itkilərlə hazırlaşır.
Belə ki, son ölkə çempionunun və hazırkı liderin aparıcı futbolçusu Flavinyo hələ ki, hazırlıqlarda iştirak edə bilmir. Xatırladaq ki, o, “Bakı” ilə oyunun 75-ci dəqiqəsində zədələnərək oyunu davam etdirə bilməmişdi. O, yalnız bu gün fərdi məşqlərə başlayıb.
Maraq üçün xatırladaq ki, zədə səbəbindən Rail Məlikov da “İnter”ə qarşı forma geyinə bilməyəcək.
