12 aprel 2012 12:42

Rekordçu komanda üçün yubiley oyunu

Bu həftə Azərbaycan çempionatında 28-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, final mərhələsinin ikinci dövrəsinin ilk turu həm Premyer Liqa, həm də bu yüksək dəstədə çıxış edən klubların əvəzediciləri üçün növbəti sınaq olacaq.
 
Elə “Qəbələ”nin əvəzediciləri də vacib oyunlarından birinə çıxacaq. Əksər vaxtlarda əsas komandanın kölgəsində qalan, lakin heç də az diqqət görməyən “Qəbələ”nin əvəzediciləri bu dəfə “Neftçi” ilə görüşəcək.
 
Son 5 turun oyunundan asılı olmayaraq mükafatçılar sırasında yerini təmin edən və ən azı bürünc qazanacağını rəsmiləşdirən komanda liderlə qarşılaşmada 5 xallıq fərqi azaltmağa çalışacaq. “Qəbələ” qalib gələcəyi halda həm çempionluq şanslarını qoruyacaq, həm də ən azı ikinci yeri tutacağını rəsmiləşdirəcək. 5 oyuna 5 xallıq fərqin aradan qaldırılması yönündə ilk addım şəxsi oyundakı qələbə ola bilər. Bununla da cari mövsümdəki şəxsi oyunların balansında üstünlük əldə olunar. Səfərdə “Neftçi”yə 1:3 uduzan “Qəbələ” öz meydanında rəqibindən 4 xal alıb – 2:2 və 1:0.
 
Cari mövsüm öz meydanında uduzmayan “Neftçi”nin bu seriyasını qırmaq üçün “Qəbələ”nin kifayət qədər stimulu da var. Onlardan biri baş məşqçi Daril Villardla bağlıdı. Belə ki, ötən mövsümün startından iş başında olan ingiltərəli çalışdırıcı bu postda yubiley – 60-cı oyununa çıxacaq. Villardın yubileyinə töhfə vermək üçün yetirmələri qələbə qazanmağa çalışacaq. Qeyd edək ki, Vilardlı “Qəbələ” 59 matçda 33 qələbə qazanıb, 14 heç-heçə edib və 12 dəfə məğlub olub. Bu oyunlarda 107 qol vuran komanda cəmi 57-ni buraxıb. Özü də Villardın yetirmələri bir sıra rekordların müəllifidi.
 
- Cari mövsümdə ən az qol buraxan komanda “Qəbələ”di
- Səfərdə ən çox – 30 xal toplayan 2 komandadan biri “Qəbələ”di
- Səfərdə ən çox – 8 qələbə qazanan 2 komandadan biri “Qəbələ”di
- Səfərdə ən az – 3 dəfə uduzan 3 komandadan biri “Qəbələ”di
- Səfərdə ən az – 13 qol buraxan 2 komandadan biri “Qəbələ”di
 
Lakin “Qəbələ”nin rekordları təkcə mövsümə aid deyil. 2008/09 mövsümündən başlayaraq PFL-in bayrağı altında keçirilən əvəzedicilərin yarışlarında bir sıra rekordlara şərik olan “Qəbələ”nin mütləq rekordları da kifayət qədərdi.
 
- Daril Villard hazırda iş başında olan 3 baş məşqçidən biridir ki, ən azı ardıcıl 2-ci mövsümdür ki, postundadır. Ötən mövsümün startında ingiltərəli ilə yanaşı mübarizəyə başlayan Mehman Hacıyev (“Kəpəz”) və Qəhrəman Əliyev (“Bakı”) indiyədək vəzifəsini itirməyib.
- “Qəbələ” 9 klubdan biridir ki, ardıcıl 4-cü dəfə təşkil olunan əvəzedicilərin çempionatının daimi iştirakçısıdır.
- “Qəbələ” 3 komandadan biridir ki, əvəzedicilərin yarışlarında 2 dəfə mükafatçılar sırasına düşüb. Komanda son 2 mövsümdə bürünc əldə edib. “Qarabağ”ın qızıl və gümüşü, “Bakı”nın qızıl və bürüncü var.
- Cari mövsüm mükafatçılar sırasına düşəcəyini rəsmiləşdirən “Qəbələ” ilk komanda kimi tarixə düşəcək ki, 3 dəfə mükafatçılar sırasına yer alıb.
- “Qəbələ” qazandığı mükafatları ardıcıl qazanmaqla da Azərbaycanda yeganə klub olacaq ki, 3 il ard-arda mövsümü medallarla bitirir.
 
“Qəbələ”nin əvəzedicilərin çempionatlarında göstərdiyi nəticələr də komandanın gücündən xəbər verir.
- 4 mövsüm ərzində 63 qələbə qazanan “Qəbələ” bu göstəricidə yalnız sabah qarşılaşacağı “Neftçi”dən geri qalır. Lakin cəmi 1 qələbəlik fərqi aradan qaldırmaq üçün bu matçdakı qalibiyyət yetərlidir.
- “Qəbələ”nin keçirdiyi 117 oyununda 20 heç-heçə və 34 məğlubiyyət də qeydə alınıb. 
- Əvəzedicilərin çempionatında 197 qol vuran “Qəbələ” “Neftçi” ilə görüşdə məhsuldarlıq nümayiş etdirərsə yubiley – 200-cü qolunu vura bilər. Bunun üçün 3 qol kifayətdir.
- “Əvəzedicilərin çempionatında 4-cü mövsümünü keçirən 9 komanda arasında ən az – 119 qol buraxanı “Qəbələ”dir. Bu yarışın mütləq rekordudur.
 
“Neftçi” və “Qəbələ”nin əvəzedicilərinin çempionatlardakı oyunlarına gəlincə isə əyalət təmsilçisi rəqibinə əsl kabus olub. “Neftçi” heç kimə uduzmadığı qədər – 6 dəfə məğlub olubsa, “Qəbələ” üzərində cəmi 3 qələbə qazanıb. 14-cü duel öncəsi top fərqi də “Qəbələ”nin xeyrinədir – 18:15. “Neftçi”nin meydanında hətta darmadağına da sevinmiş “Qəbələ” səfərdə daha güclüdür. Bakıda rəqibini 3 dəfə udan komanda 2 heç+-heçə edib və 1 dəfə uduzub. Top fərqi isə 8:5-dir.
 
“Qəbələ” – “Neftçi”yə qarşı 
2008/09
Evdə - 1:2, səfərdə - 1:1
2009/10
Evdə - 0:2, 3:2, səfərdə - 2:1, 3:0
2010/11
Evdə - 3:2, 0:0, səfərdə - 1:0, 0:0
2011/12 
Evdə - 2:2, 1:0, səfərdə - 1:3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.