13 aprel 2012 12:58
AFFA Cenifer Lopesi Bakıya gətirir
Futbol üzrə 17 yaşadək qızlardan ibarət yığmalar arasında bu il Azərbaycanda keçiriləcək dünya çempionatının açılışında tanınmış amerikalı müğənni Cenifer Lopes də iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Qeyd edək ki, İtaliyanın paytaxtı Romada FIFA tərəfindən Qadın Futbolunun Texniki Konfransı keçirilir. Ötən gün AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov da Konfransda “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012: çempionatın Azərbaycanda keçirilməsinin üstünlükləri və çətinlikləri” mövzusunda çıxış edib. O, məhz sözügedən məlumatı da bu konfransdakı çıxışı zamanı açıqlayıb.
Qeyd edək ki, konfrans bu gün başa çatacaq.
