13 aprel 2012 14:09
“Bu seçmə mərhələ yığmamızın tarixində ən uğurlu tsikl olacaq”
Azərbaycan yığmasının köməkçi-məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində AFFA ilə müqavilə imzalamasından, PRO kateqoriyası almasından, eləcə də Premyer Liqamızdan danışıb.
- AFFA ilə müqavilə imzalamısız. Öncə bu barədə fikirlərinizi bilmək istərdik...
- Mən şadam ki, belə bir postda çalışmağıma şərait yaratdılar. Ümid edirəm ki, DÇ-2014-ün seçmə mərhələsi yığma komandamızın tarixində ən uğurlu tsikl olacaq. Mən də bu yolda əlimdən gələni əsirgəməyəcəm.
- Müqaviləni indi imzalasaz da, artıq ay yarımdı bu postda çalışırsız və tez-tez Premyer Liqanın oyunlarını izləyirsiz...
- Bu, mənim işimdi. Mən yalnız ilk altılıq oyunlarına yox, ikinci altılıq çərçivəsində baş tutan görüşləri də izləyirəm. Həmçinin yeni istedadları üzə çıxarmaq üçün birinci divizion oyunlarına getmək fikrim də var. Bu həftə isə “Bakı” – “Xəzər Lənkəran” və “Sumqayıt” – “Kəpəz” oyunlarına gedəcəm.
- Bu oyunlarda topladığınız informasiyaları Berti Foqtsa necə çatdırırsız?
- Əlbəttə ki, yazılı şəkildə. Görüşdükdə isə daha ətraflı izah edirəm, fikrimi bildirirəm.

- Xüsusi üzərində dayandığınız oyunçular varmı?
- Hələ heç kimi xüsusi qeyd edə bilmərəm. Bizim daha perspektivli gənclərimiz hazırda U-21-də çıxış edirlər. Məhz bu üzdən də mənə daha çox ikinci altılıq oyunlarını izləmək lazım gəlir.

- Məşqçi kursları necə keçdi?
- Hər şey əla alındı. Öyrəndiklərimizi bir daha təkrarlamış olduq. Biz hamımız futbol adamlarıyıq. Yəni elə bir şey olmadı ki, onu ilk dəfə eşidək. Sadəcə, bu kurslar zamanı böyük təcrübə toplamış olduq. Çünki İsveçrə və Almaniyadan olan mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı qazandıq. Bu kurslar bizim gənc məşqçilərə çox şey verdi.

- Aprelin 22-də siz də Nyona gedəcəksiz?
- Əlbəttə, gedəcəyəm. 22-dən 26-dək orda olmalıyam. Amma lisenziyamızı harda və nə vaxt alacağımız məlum deyil. Mümkündü ki, həmin mərasim may ayında Bakıda keçirilsin.

- Sizcə, Azərbaycana bu qədər peşəkar statusa malik məşqçi lazımdı?
- Sən əgər bu işdə çalışırsansa, onda peşəkar olmağın lazımdı. Əgər peşəkar olmayacaqsansa, öz yetirmələrindən də bunu tələb edə bilməzsən.

- PRO lisenziyası alacaq bu 10 məşqçimizin qarşıdakı 20 ildə Azərbaycan futbolunda dəbi müəyyənləşdirməsini gözləmək olar?
- Hər şeyi zaman göstərəcək. Əvvəla diplomsuz bizə işləmək imkanı verilmirdi. Lakin digər tərəfdən də işləməyəndən sonra lisenziyanın olması nəyə lazımdı ki? Ona görə də düşünürəm ki, əsas bu mütəxəssislərə inam bəsləməkdi.