13 aprel 2012 15:04
Premyer Liqa, 28-ci turun təyinatları
Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, 28-ci turun oyunları iki gündə keçiriləcək. Belə ki, 4 görüş şənbə günü oynanılacaq. Qalan iki matç isə bazar günü baş tutacaq.
Oyunların keçirilmə yeri, başlama saatları, eləcə də təyinatlar isə aşağıdakı kimidi. Maraq üçün bildirək ki, ənənəyə uyğun olaraq, hakim təyinatlarını gizli saxlayan Hakimlər Komitəsi bunları oyun günü açıqlayacaq.
Premyer Liqa
28-ci tur
14 aprel (şənbə)
Bakı - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
Qəbələ - Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
AZAL - Rəvan
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. AZAL Arena. Saat 16:00
Neftçi - İnter
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:30.
15 aprel (bazar)
Sumqayıt - Kəpəz
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. Dalğa Arena. Saat 15:00
Turan - Simurq
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz. Şəhər stadionu. Saat 16:00.
