13 aprel 2012 15:52
Əfqan Həmzəyev turnirə dəvət olunub
Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev beynəlxalq turnirə dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Ə.Həmzəyev aprelin 17-dən 23-dək Rusiyanın Sankt-Peteburq şəhərində keçiriləcək “Open Beach Soccer League-2012” Yaz Qran-Prisi turnirində iştirak edəcək.
