13 aprel 2012 17:15
Fatih Kavlak: Qarabağı məğlub edə bilərik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 28-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridi. Təəssüf ki, onları kubokda mübarizədən kənarlaşdıra bilmədik. Buna baxmayaraq, qarşıdakı oyunda qələbə qazanacağımıza inanırıq. Rəqib bizə çox yaxşı tanışdı. “Qarabağ”a qarşı layiqli oyun sərgiləyə bilərik. Kubok oyunları bizə çox şey öyrətdi”.
