13 aprel 2012 17:47

Baş katib FİFA-nın tədbirində çıxış edib (FOTOREPORTAJ)

Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada FIFA, UEFA və İtaliya Futbol Federasiyasının təşkilatçılığı ilə «FIFA qadın futbolu konfransı» keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən UEFA-nın I vitse-prezidenti Şenes Erzik, Avropa futbol qurumunun Milli Assosiyalar üzrə direktoru Teodor Teodoridis Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bu il keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının təşkilati işlərində uğurlar arzulayıblar.
 
AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov konfransda çıxış edib. Təqdimatın mövzusu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə ev sahibliyi etməyin üstünlükləri və çətinlikləri olub. E.Məmmədov dünya çempionatının Azərbaycanda keçirilməsininən böyük səbəblərindən birinin dövlətin və ictimaiyyətin böyük dəstəyinin olmasını qeyd edib.Avropada və Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatının insanların yaddaşında unudulmaz xatirələr buraxacağını və Azərbaycanın dünyanın ən yaxşı U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edən ölkə kimi hafizələrdə qalacağına inandığını bildirib: «FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi olaraq, biz bu çempionatı  FIFA mütəxəssislərindən, digər ölkələrdən beynəlxalq təcrübə qazanmaq, futbol və idman idarəçiliyində insan resurslarının və futbol üzrə infrastrukturun inkişaf etdirilməsi və beynəlxalq könüllülük imkanları ilə yeni gəncliyin daha bilikli və açıqfikirli olması üçün şans kimi görürük».
Təqdimat zamanı Elxan Məmmədov konfrans iştirakçıları önündə FIFA qadın futbolu səfiri və 2011-ci ildə Almaniyada təşkil edilən qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin prezidenti Steffi Consa ölkəmizdə keçirilən dünya çempionatın dostu olmasını təklif edib. Təklifi məmnuniyyətlə qəbul edən Steffi Consa Yerli Təşkilat Komitəsinin hədiyyəsi olaraq üzərində dünya çempionatın loqosu olan xalça hədiyyə olunub.
 
Təqdimatın sonunda Yerli Təşkilat Komitəsinin sədri bütün tədbir iştirakçılarını 22 sentyabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək dünya çempionatının açılış mərasiminə dəvət edib. Sonda Elxan Məmmədov auditoriya tərəfindən verilən sualları cavablandırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.