13 aprel 2012 18:47
Neftçi büdrədi, XL və İnter qazandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
"Neftçi" "Qəbələ" ilə çempionluq oyunnda 1 xalla kifayətlənib. "Bakı" AZAL-ı məğlub yola salıb. "Kəpəz"in qonağı olan "İnter" də qələbəyə sevinib.
"Xəzər Lənkəran" "Turan", "Simurq" isə "Sumqayıt" üzərində qələbə qazanıb. "Rəvan"la qarşılaşan "Qarabağ" da turu qələbəylə başa vurub.
Əvəzedicilərin çempionatı
28-ci tur
13 aprel (cümə)
Bakı – AZAL – 2:1
Qol: Rəsul Teymurxanlı, 68, Elton Hüseynov, 71 - Tural Hacıyev, 87.
Hakimlər: Ramil Əhmədov, Hüseyn Əsgərov, İftixar Qəniyev, Anar Heydərov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Kəpəz – İnter – 0:2
Qollar: Ramil Mansurov, 68-pen, Mirsahib Abbasov, 85.
Hakimlər: Fuad Həsənov, Elşən Durmuşov, Habil Əliyev, Ziya Nəsirov.
Gəncə. Şəhər stadionu.
Neftçi - Qəbələ - 3:3
Qollar: Məqsəd İsayev, 49, Kənan Manafov, 53, Kərim Diniyev, 74 - Rəşid Əmiraslanov, 17, Rey Məmmədbəyli, 40, 47.
Hakimlər: Orxan Məmmədov, Aleksandr Musatkin, Azad Ə. Hüseynov, Elçin Qasımov.
Bakı. Dalğa Arena.
Xəzər Lənkəran – Turan – 1:0
Qol: Mirqasım Cabbarlı, 19.
Hakimlər: Tağı Məmmədov, Fuad Mehrəliyev, Qəzənfər Abbasov, Ağaəli Əlizadə
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu.
Rəvan – Qarabağ -1:2
Qollar: Ceyhun Abdullayev, 73 - Eltun Yaqublu, 5, Təmkin Xəlilzadə, 33.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, İsgəndər Əliyev, Mahir Məmmədov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Simurq – Sumqayıt – 4:1
Qollar: Nicat Qurbanov, 10, Qafar Qafarov, 19, Dilqəm Əsgərov, 22, Rəşad Eyyubov, 48 - Əbülfət Abbasov, 59.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Əli Əliyev
Zaqatala. Şəhər stadionu.
1
28
19
5
4
65-32
62
