13 aprel 2012 18:54
Simurq Tovuza iki ciddi itki ilə yollanır
Premyer Liqanın 28-ci turunda “Turan”ın qonağı olacaq “Simurq” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Zaqatala şəhər stadionunda növbəti məşqinə çıxıb.
Baş məşqçi Georgi Çıxradze və məşqçilər korpusunun rəhbərliyi altında tam heyətlə məşq edən “Simurq” sabah səhər tezdən yola çıxacaq. Komanda qarşılaşmadan bir gün öncə Qazax rayonunda yerləşən Olimpiya İdman Kompleksində məskunlaşacaq və burada oyuna hazırlıqların tamamlayacaq.
Qeyd edək ki, Emin Cəfərquliyev və Rasim Ramaldanov vərəqə cəzası üzündən bu matçda forma geyinə bilməyəcək. “Turan” – “Simurq” oyunu aprelin 15-də keçiriləcək.
