13 aprel 2012 19:08
Qarabağ Qəbələ ilə oyunun hazırlıqlarını tamamladı
“Qarabağ” “Qəbələ” ilə oyuna hazırdı. Azerisport.az xəbər verir ki, sabah Qəbələdə cari mövsümdə 6-cı dəfə eyniadlı komandayla qarşılaşacaq ağdamlılar sonuncu məşqini edərək oyun saatını gözləyir.
Bu gün səhər Bakını tərk edərək oyunun keçiriləcəyi rayona yollanan komanda 1 saatlıq yüngül çalışma keçib. Ardınca otelə yollanan komanda istirahət edir.
Xatırladaq ki, “Qəbələ” – “Qarabağ” oyunu aprelin 14-də keçiriləcək və saat 16:00-da başlayacaq.
