13 aprel 2012 19:19

Xəzər Lənkəran FİFA-ya apellyasiya verəcək

“Xəzər Lənkəran” klubu FİFA-nın tələbi ilə AFFA İntizam Komitəsinin qərarından apellyasiya verəcək. Azerisport.az xəbər verir ki, bu haqda “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev məlumat verib.
 
O, FİFA-nın Apellyasiya Komitəsinə şikayət edəcəklərini bildirib. H.Hacıyevin sözlərinə görə, AFFA FİFA-nın tələbini yerinə yetirmək istəyirdisə, növbəti mövsümə -6 xalla başlamalarına dair qərar verə bilərdi: “Biz AFFA-dan daha ədalətli qərar gözləyirdik. Amma bu mövsüm futbolçularımızın, bütün komandanın alın təri bahasına əldə etdiyi 51 xaldan 6-sı silindi. Əgər FİFA futbolçuların tərəfini saxlayırsa, bəs klubun mənafeyini kim qorumalıdır? Sabah “Xəzər Lənkəran” buraxılsa, FİFA 20-25 futbolçumuzun pulunu ödəyəcək?”
 
Klub rəsmisi vəziyyətin bu həddə çatmasında “Xəzər Lənkəran”ın özündə də günahın olduğunu inkar etməyib. Onun sözlərinə görə, məsələ araşdırılacaq və günahkarlar tapılaraq cəzalandırılacaq: “Mən işin bilavasitə içində olmadığımdan, konkret günahkarın kim olduğunu deyə bilmərəm. Yəqin ki, günahkarlar layiqli cəzalarını alacaqlar”. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.