13 aprel 2012 19:29
Yunis Hüseynov: Bizə güzəştə gedəcəklərini düşünürdük
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov komandasının hesabından altı xalın silinməsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu xəbər bizi çox məyus etdi. Belə alınacağını gözləmirdik. Fikirləşirdik ki, bizə güzəştə gedərlər. Bundan sonra bizə ancaq irəli baxmaq qalır. Bununla barışmaqdan başqa çarəmiz yoxdu. Artıq heç nəyi dəyişmək olmaz. Bu, komandanın qarşıdakı çıxışına da təsir edə bilər. Birinci növbədə komandanı psixoloji cəhətdən sındıra bilər. Amma toparlanmaq və sonadək döyüşmək lazımdı. Nə alınacağını isə sonda biləcəyik”.