13 aprel 2012 19:36
AFFA-dan Neftçi və İnterə rədd cavabı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Neftçi” və “İnter”in İntizam Komitəsinin onlar barədə qəbul etdiyi qərarları ilə bağlı müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
1. “Neftçi” barədə AFFA-nın İntizam Komitəsinin 09.03.2012-ci il tarixli qərarı dəyişdirilsin və U-16 Liqasının “Qəbələ”- “Neftçi” oyunu Qəbələ şəhərində qonaq komandanın bütün xərclərini “Qəbələ” çəkməklə yenidən keçirilsin.
2. “Neftçi” barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 2-ci bəndi qüvvədə saxlanılsın.
3. “İnter” barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 4-cü bəndi qüvvədə saxlanılsın.
“Xəzər Lənkəran” - “İnter” komandaları arasında oyunun hakimi barədə məsələyə Hakimlər Komitəsi, hakim-inspektoru barədə məsələyə isə Hakim-İnspektorlar Komitəsi baxaraq Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.
