13 aprel 2012 19:48
“Lənkərandakı oyunu sərgiləyə bilsək, qələbə qazanacağıq”
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 28-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib.
“Mən istəməzdim ki, “Xəzər Lənkəran”ın altı xalını ləğv etsinlər. Bu, heç də az deyil. Amma bu, rəqib komandanı bizimlə oyun ərəfəsində daha da toparlanmağa məcbur edəcək. “Bakı”ya gəlincə, biz də meydana qələbə üçün çıxacağıq. Əgər Lənkərandakı oyunu sərgiləyə bilsək, qələbə qazanacağıq. Uşaqlarda əhval-ruhiyyə çox yaxşıdı. Qalır yalnız meydana çıxıb oynamaq. “Bakı” üçün çempionatda hər şeyin bitdiyini söyləmək olmaz. Azarkeşlər həmişə qələbə tələb edirlər. Bizə də məhz onlar üçün oynamaq lazımdı”.
