13 aprel 2012 19:53
Tsxadadze ilə Yunis Hüseynov barışdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovla “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadze barışıb. Azerisport.az xəbər verir ki, paytaxt və Lənkəran klublarının çalışdırıcıları Bakıda görüşərək, münasibətlərinə aydınlıq gətiriblər.
Xatırladaq ki, Premyer Liqa çərçivəsində Lənkəranda keçirilən sonuncu “Xəzər Lənkəran” - “İnter” oyunundan sonra bu mütəxəssislər arasında münaqişə yaranmışdı. Belə ki, 0:2 hesablı məğlubiyyətdən sonra gürcüstanlı mütəxəssis Hüseynova yüksək tonla bəzi xoşagəlməz söz demiş və bundan sonra yaranan qalmaqal böyük əks-sədaya səbəb olmuşdu.
Lakin onlar bu küsülülüyün qalmasını istəməyiblər. Tərəflər paytaxtdakı görüş zamanı bir-birinə əl uzadaraq, “sülh” bağlayıblar.
