14 aprel 2012 00:06

Sonun başlanğıcı

Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinin ikinci dövrəsinin ilk - 28-ci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq oyunların yarısı şənbə, qalan ikisi isə bazar günü baş tutacaq.
 
Bu turun mərkəzi oyununda iki paytaxt klubu – “Neftçi” və “İnter” üz-üzə gələcək. Meydan sahibləri əsas izləyicilərindən birini udmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirə bilər. Üçüncü pillədə qərarlaşan və liderdən 8 xal geri qalan “bankirlər” isə bu fərqi azaltmaq üçün mübarizə aparacaqlar. Tərəflərin mümkün heç-heçəsi “İnter”ə qətiyyən sərf etməsə də, liderin əsas izləyicisi “Qarabağ”a fərqi azaltmaq imkanı yarada bilər. Heç-heçə elə “ağ-qaralar”ın özü üçün də pis nəticə sayılmamalıdı. Amma təbii ki, son ölkə çempionu yeni titulunu mümkün qədər tez rəsmiləşdirmək üçün yenə qələbəyə oynayacaq.
 
Maraq üçün xatırladaq ki, bu mövsüm baş tutan paytaxt derbilərində üstünlük “bankirlər”in tərəfindədi. Təsnifat mərhələsində keçirilmiş oyunlarda “İnter” səfərdə 1:0, doğma meydanda isə 2:1 hesabıyla üstün olmuşdu. Lakin final mərhələsində “Şəfa”da keçirilən görüşdə “Neftçi” qələbə qazanmışdı 2:1.
 
Daha bir prinsipial görüş “Qəbələ” ilə “Qarabağ” arasında baş tutacaq. Bu komandaların cari mövsümkü mübarizəsi kifayət qədər dramatik alınır. Düzdü, “Qarabağ” 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə oyunlarda rəqibindən iki dəfə çox qələbə qazanıb. Lakin son 4 səfər oyununda qələbəyə həsrət qalan Ağdam təmsilçisi 1302 gündü ki, Qəbələdə qələbə qazana bilmir. Cari mövsüm çempionat çərçivəsində Qəbələdə baş tutan görüş qolsuz başa çatmışdı. “Qarabağ”ın ev oyunlarına gəlincə, təsnifat mərhələsindəki görüşdə “Qəbələ” 1:0 hesablı qələbəyə sevinmiş, final mərhələsindəki qarşılaşmada isə 1:1 hesabı qeydə alınmışdı.
 
Bu komandalar cari mövsümdə həm də kubokda üz-üzə gəlmişdilər. Qəbələdəki oyunda 2:2, Quzanlıdakı görüşdə isə 0:0 hesablı heç-heçələr “Qarabağ”ı yarımfinala çıxarmışdı. Lakin ağdamlılar kubok mübarizəsini yalnız səfər qolu sayəsində qazanmalarına rəğmən, bütövlükdə “Qəbələ” üzərində qələbə qazana bilmirlər. Bu üzdən də Qurban Qurbanovun yetirmələri bu sindroma son qoymaq üçün mübarizə aparacaqlar. “Qəbələ” isə təbii ki, kubokdakı uğursuzluğu qələbə ilə unutdurmağa çalışacaq. Lakin yenə heç-heçə qeydə alınması da istisna deyil.
 
Qeyd edək ki, Ağdam klubu artıq lider “Neftçi”nin əsas izləyicisidi və ən azı aradakı 7 xalı qorumaq üçün mütləq qələbə qazanmalıdı. Hər halda liderin çətin rəqiblə qarşılaşacağını nəzərə alsaq, xal itirəcəyi təqdirdə “Qarabağ”ın “Neftçi”ylə aradakı fərqi azaltması da mümkündü. Belə olan halda zirvə mübarizəsi son turlara yaxın daha da qızışa bilər. Əksi qeydə alınacağı təqdirdə isə çempionluq uğrunda intriqa daha da azalacaq. Digər tərəfdən bu oyun dördüncü yer uğrunda mübarizədə də az əhəmiyyət daşımır. Çünki “Qəbələ” də “Xəzər Lənkəran” uduzacağı halda qələbə qazanıb, xallarını bu komandayla bərabərləşdirə bilər. Ötən tur məhz “Xəzər Lənkəran”a uduzmaqla avrokuboklara qatılmaq şanslarını zəiflədən qəbələlilər üçün indi yenidən əla şans yaranıb ki, onlar da bundan yararlanmağa çalışacaqlar.
 
FİFA-nın məlum tələbi ilə əlaqədar dördüncü pilləyə yuvarlanan “Xəzər Lənkəran” isə “Bakı”nın qonağı olacaq. Cənub təmsilçisi 6 xalının silinməsi nəticəsində zirvə yarışından kənar düşsə də, avrokuboklara qatılmaq üçün bundan sonrakı oyunlara xal itirməməlidi. Əks halda “ağ-yaşıllar” vəziyyətini daha da çətinləşdirə bilər. Məsələn, elə bu tur “Bakı”ya uduzacağı halda, cənub təmsilçisi “Qəbələ”ni özündən irəli buraxmaq təhlükəsiylə üz-üzədi. Lakin “Bakı”nın çempionatda demək olar ki, heç bir hədəfinin qalmaması “ağ-yaşıllar” üçün üstünlük sayıla bilər. Düzdü, bu amil “zolaqlılar”ın da sözügedən oyuna təzyiq altında olmadan çıxmasına imkan yaradacaq. Amma nəzərə alsaq ki, qələbə daha çox cənublulara lazımdı, o zaman ilk altılığın autsayderinin şanslarının az olduğunu demək olar.
 
Amma maraqlıdı ki, “Bakı” “Xəzər Lənkəran”la son oyununda – özü də Lənkərandakı qarşılaşmada qələbə qazanmışdı. Yunis Hüseynovun hazırkı postunda debüt etdiyi görüş gözlənilmədən bakılıların 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu komandaların cari mövsüm baş tutan digər oyunlarına gəlincə, təsnifat mərhələsi dövründə Lənkərandakı qarşılaşma 3:0 hesabıyla meydan sahiblərinin xeyrinə tamamlanmışdı. Bakıdakı oyunda heç-heçə qeydə alınmışdı 2:2.
 
İlk oyun gününün daha bir görüşü ikinci altılıq çərçivəsində AZAL-la “Rəvan” arasında keçiriləcək. Qeyd edək ki, bu oyunda autsayderlər arasındakı liderliyi müəyyənləşdirmək baxımından prinsipial əhəmiyyət daşıyır. Hazırda AZAL ikinci altılığın lideri olduğu halda, “Rəvan” da 4 xallıq fərqlə onun əsas izləyicisidi. Bu üzdən də “təyyarəçilər”in qazanacağı qələbə zirvə uğrunda mübarizənin demək olar bitməsi ilə nəticələnəcək. Heç-heçə hazırkı fərqin qüvvədə qalmasına səbəb olacaqsa, “sarı-qırmızılar”ın qələbəsi intriqanı daha da qızışdıracaq. Yeri gəlmişkən, məhz son variantın qeydə alınması daha inandırıcı görünür. Çünki bu mövsüm iki komanda arasında keçirilmiş görüşlərin nəticələri belə deməyə əsas verir. Məsələ burasındadı ki, AZAL “Rəvan”la keçirdiyi hər üç oyunda məğlubiyyətlə üzləşib. Təsnifat mərhələsindəki ev oyununda 1:2 hesablı yenilgiyə üzülən “təyyarəçilər” səfər oyununda da “Rəvan”ın 3:1-lik qələbəsinə mane ola bilməmişdilər. Fnal mərhələsində də “Rəvan” 2 cavabsız qolla üstün olmuşdu. İndi Vaqif Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq şüvəlanlılar sözügedən sindroma son qoymalıdılar.
 
Turun qalan iki oyunu da bazar günü keçiriləcək. “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Elitanı tərk etməyə əsas namizədlərdən birinə çevrilən sumqayıtlılar mütləq qələbə qazanmalıdılar. Əks halda sonuncu pilləni tərk etmək şanslarını daha da pisləşdirəcəklər. Sumqayıt təsnifat mərhələsində baş tutan oyunda Gəncə klubunu darmadağın etməyə nail olmuşdu – 4:1. Gəncədə keçirilən oyunlara gəlincə, öncə 1:1 hesablı heç-heçəyə razılaşan meydan sahibləri final mərhələsində 4:1 hesabıyla üstün olmuşdular.

Elitada qalmaq üçün mübarizə aparan digər komanda - “Turan” isə “Simurq”u qəbul edəcək. Tovuz təmsilçisi təsnifat mərhələsində bu rəqibini məğlub yola salmağı bacarmışdı - 1:0. “Simurq” isə ev oyunlarından birində 2:1 qalib gəldiyi halda, digərində 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
 
Premyer Liqa
28-ci tur
14 aprel (şənbə)
 
Bakı - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
 
Qəbələ - Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
 
AZAL - Rəvan
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. AZAL Arena. Saat 16:00.

Neftçi - İnter
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:30.
 
15 aprel (bazar)
 
Sumqayıt - Kəpəz
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Dalğa Arena. Saat 15:00.
 
Turan - Simurq
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Qurban Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
 
1
Neftçi
27
18
3
6
51 - 24
27
57
2
Qarabağ
27
14
8
5
32 – 17
15
50
3
İnter
27
14
7
6
25 – 17
8
49
4
Xəzər L
27
15
6
6
37 - 22
15
45
5
Qəbələ
27
12
6
9
35 - 29
6
42
6
Bakı
27
12
5
10
32 - 28
4
41
 
1
AZAL
27
10
6
11
40 - 42
-2
36
2
Rəvan
27
8
8
11
27 - 32
-5
32
3
Kəpəz
27
8
5
14
32 - 44
-12
29
4
Simurq
27
6
7
14
23 - 39
-16
25
5
Turan
27
6
4
17
22 - 36
-14
22
6
Sumqayıt
27
4
5
18
20 - 46
-26
17
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi)
9 - Zohair Benouahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.