14 aprel 2012 17:49
Amit ehtiyatda qaldı, komandası qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Göztepe” ilə qarşılaşıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Kayseri klubu doğma meydan amilindən yararlanaraq qələbə qazanıb.
Son oyunda forma geyməyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza yenə şans verməyib. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Kayseri klubu hazırda 30 oyundan sonra 42 xalla 8-ci pillədə qərarlaşıb. “Göztepe” isə 34 xalla 14-cüdü.
Türkiyə Bank Asya birinci liqası
30-cu tur
14 aprel
Erciyesspor - Göztepe - 4:2 (2:1)
Qollar: Sofiane Hanni, 8; 76, Mehmet Ayaz, 33, Gökhan Kaba, 71 - İlhan Şahin, 10, Halil Akbunar, 54.
