15 aprel 2012 15:50
Millimizin forvardı oynadı, komandası ilk yenilgisni aldı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 4-cü turu çərçivəsində “Spartak”la görüşün iştirakçısı olub.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də meydan sahibləri ilk iki turda olduğu kimi, bu matçdan da qalib ayrılmağı hədəfləmişdilər. Lakin liepayalılar gözlənilməz yenilgi ilə üzləşiblər. Belə ki, ilk üç oyununun hamısında uduzan "Spartak" ilk qələbəsini məhz səfərdə "Metallurg" üzərində qazanıb.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verib. Lakin futbolçumuz 69-cu dəqiqədə meydana çıxsa da, bu müddət ərzində komandasını yenilgidən xilas edə bilməyib.
Qeyd edək ki, Liepaya klubu hazırda 3 oyundan sonra 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və keçirilməyən bir oyunu da var. “Spartak” isə 4 oyuna 3 xala 10 komanda arasında 8-cidi.
Latviya çempionatı
4-cü tur
14 aprel
Metallurg – Spartak - 1:2
