15 aprel 2012 18:30
Yığmamızın hücumçusu Bursaspor üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının final mərhələsində “Bursaspor”la görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Cihanın komandası mütləq qələbə qazanmağı hədəfləmişid. Sivaslılar istədikləri nəticəyə nail olublar. Özü də darmadağınla.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana yenə şans verməyib. Millimizin üzvü son oyunlarda olduğu kimi, yenə ehtiyatda qalıb.
Türkiyə Super Liqası
Super Final
Avropa qrupu
15 aprel
Sivasspor – Bursaspor - 4:0
