13 aprel 2012 11:35
Yığmamızdan macarlara 5 cavabsız qol
Macarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Sissi Raytın yetirmələri “MTK Budapesht” komandası ilə qarşılaşıb.
Yığmamız 5:0 hesabı ilə qələbə qazanıb. Nərgiz Ömərovanın 1 dəfə fərqləndiyi oyunda Nigar Cəlilli və Leyla Solmaz dubl edib.
