13 aprel 2012 11:46
Millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlandı
Aprelin 16-dan 22-dək Bakı şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da müəyyənləşib. Onların adlarını diqqətinizə çatdırırıq:
Namiq İsgəndərov, Elşən Hüseynov, Nahid Mehrəliyev, Comərd Baxşəliyev, Zeynal Zeynalov, Ramil Əliyev, Əbdül Əliyev, Elçin Qasımov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Orxan Məmmədov.
