13 aprel 2012 11:57
Birinci divizion, 26-cı turun hakimləri bəlli oldu
Futbol üzrə Azərbaycan birinci divizionunda 26-cı turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, 26-cı turun oyunları iki günə keçiriləcək. Qarşılaşmaların üçü şənbə, qalanları isə bazar gününə təsadüf edəcək.
Oyunların keçirilmə yeri, başlama saatları, eləcə də hakim təyinatları isə aşağıdakı kimidi:
Birinci divizion
26-cı tur
14 aprel (şənbə)
MOİK - Tərəqqi
Hakimlər: Camaləddin Hacıyev, Əli Məmmədov, Ağahüseyn Əzizov, Xalid Quliyev.
Hakim-inspektor: Novil İsmayılov.
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Şəmkir - Muğan
Hakimlər: Əmrah İbrahimov, Elvin Ağayev, Rasim Əhmədov, Kənan Məlikov.
Hakim-inspektor: Salman Vəliyev.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
Qaradağ Lökbatan - Lokomotiv
Hakimlər: Rövşən Əhmədov, Hüseyn İmanov, Ruslan Babayev, Vurğun Talıbov.
Hakim-inspektor: Hafiz Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
15 aprel (bazar)
Bakılı - Şuşa
Hakimlər: Elnur Muradov, Zeynal Zeynalov, Elman Kərimov, Etibar Həsənov.
Hakim-inspektor: Elşad Ağayev.
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Energetik - Şahdağ
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Vasif Məmmədov, Elxan Müslümov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
MKT-Araz - Karvan
Hakimlər: Ramil Diniyev, Elxan Əsgərzadə, Maqsud Şıxəliyev, Rəşad Aydınov.
Hakim-inspektor: Rufulla Kərimov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
Bütün oyunlar saat 16:00-da başlayacaq.
