14 aprel 2012 14:54

Premyer Liqamızda azarkeş davamiyyəti

Futbol üzrə Azərbaycan Premyer Liqasında fevral ayında baş tutmuş XX və XXI turlar çərçivəsində 12 qarşılaşma keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşmaları ümumilikdə 13100 azarkeş canlı izləyib.
 
Qeyd edək ki, “Simurq” klubu cəzalı olduğundan fevral ayı ərzində Zaqatalada keçirdiyi hər iki qarşılaşmanı boş tribunalar önündə oynayıb. Fevral ayında ən çox azarkeş isə XX turda “Xəzər Lənkəran”ın doğma meydanda AZAL-ı minimal hesabla məğlub etdiyi qarşılaşmada qeydə alınıb – 6500 nəfər. Ən az azarkeş isə XXI turun AZAL – “Turan” qarşılaşmasında müşahidə olunub – 200 nəfər.
 
Ümumilikdə XX turda 8600, XXI turda isə 4500 azarkeş stadionlara gəlib. Premyer Liqanın fevral ayı ərzində hər oyununu orta hesabla 1091 azarkeş canlı izləyib.
 
Mart ayı ərzində isə beş tur keçirilib ki, bunlardan biri də təxirə salınmış XIX tur olub. Bundan əlavə XXII, XXIII, XXIV və XXV turların qarşılaşmaları da mart ayına təsadüf edib. Beş turda baş tutmuş 30 qarşılaşmanı 59600 azarkeş stadiondan izləyib. Ötən ayın ən çox azarkeş toplayan matçı XXIV turun “Xəzər Lənkəran” - “Bakı” qarşılaşmada qeydə alınıb – 9000 nəfər. XXIII turun “Sumqayıt” - “Rəvan” oyununu tribunalardan cəmi 100 azarkeş izləyib.
 
Mart ayı ərzində doğma azarkeşləri tərəfindən ən böyük dəstəyi “Kəpəz” klubu alıb. Belə ki, bu ayda Gəncə təmsilçisinin ev oyunlarını 15000 tamaşaçı izləyib.
 
Qeyd edək ki, XIX turda 11 100, XXII turda 13 800, XXIII turda 5 700, XXIV turda 18 700, XXV turda isə 10 300 azarkeş stadionlara gəlib. Ümumilikdə, Premyer Liqada mart ayı ərzində hər qarşılaşmanı orta hesabla 1986 azarkeş canlı izləyib. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.