14 aprel 2012 18:43
Yunis Hüseynov Bakıya darmadağını şərh etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 28-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 1:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bizim hesabımızdan altı xal silinəndən sonra mən futbolçularımla mütəmadi söhbət edirdim. Hiss edirdim ki, onlarda ruh düşkünlüyü var. Bu günkü oyunda da bu, özünü göstərdi. Özümüzü sığortalamaq üçün demirəm, amma bu gün futbolçularımda əhval-ruhiyyə çox aşağı idi. “Bakı” komandası yaxşı oyun göstərdi. Qələbə münasibətilə onları təbrik edirəm. Qarşıdakı oyunlarda çalışacağıq ki, maksimum nəticə göstərək”.
