14 aprel 2012 18:47
“Biz hər oyuna qələbə qazanmaq üçün çıxdığımızı göstərdik”
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 28-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 4:1 hesabı ilə qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Rəqibimizin hesabından altı xal silinməsi onlara çox pis təsir göstərib. Bu da onu sübut edir ki, futbolda texniki-taktiki yox, ən böyük rol oynayan psixoloji amildi. İlk imkandan biz yararlandıqdan sonra “Xəzər Lənkəran”da oyun nizam-intizamı itdi. Bir çoxları fikirləşirdi ki, biz kuboka oynayırıq. Ancaq biz hər oyuna qələbə qazanmaq üçün çıxdığımızı göstərdik. Rəqibimizə gələcək oyunlarda uğurlar arzulayıram”.
