14 aprel 2012 18:50
Qurban Qurbanov: Qəbələ ilə oyun göstərə bilirik, amma...
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Qəbələ” klubunu qələbə münasibəti ilə təbrik ediirəm. Oyunda çox qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Ümumilikdə, yaxşı futbol atmosferi var idi. “Qəbələ” ilə oyun göstərə bilirik, amma qol imkanlarından yararlana bilmirik. Qarşıda həm kubokda, həm də çempionatda çətin oyunlarımız var”.
