14 aprel 2012 18:54
Kavlak: Avrokuboklarda iştirak edəcəyimizə inanıram
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 28-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 1:0 hesabıyla qalib gəldiyi görüşdən sonra bunları dilə gətirib:
“Altılıq oyunlarına yaxşı başlamışdıq. Lakin son iki oyunda məğlub olduq. Son 5 oyuna da yaxşı başlayırıq, əsası bu uğurun davamını gətirməkdi. Bunun üçün potensialımz da var. Futbolda elə olur ki, bəzən qol imkanları yarada bilirsən, amma qol vura bilmirsən. Qurban Qurbanovu gözəl oyuna görə təbrik edirəm. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Avrokuboklarda iştirak edəcəyimizə inanıram”.
