14 aprel 2012 19:25
Bəhmən Həsənov: Hesab oyuna görə oldu
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 28-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Vaqif Sadıqovu təyinatı ilə bağlı təbrik edirəm. Hər iki komanda bu gün qələbəyə oynadı, təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hesab oyuna görə oldu. Qarşımıza 7-ci yeri tutmağı məqsəd qoymuşuq. Zədəli futbolçuların olması bugünkü oyunumuza təsir etdi. Futbolçulara əzmkarlığa görə təşəkkür edirəm”.
