14 aprel 2012 19:30
Vaqif Sadıqov: Yalnız bu cür uğur qazanmaq olar
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 28-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Doğurdan da maraqlı oyun oldu, hər iki komandada qələbə əzmi var idi. 4-5 oyunçunu əvəzedici heyətdən cəlb etmişdik. Sona qədər mübarizə apardıq. Artıq ikinci oyundur ki, hesabda geridə olduqdan sonra bərabərlik qolunu vura bilirik. Komanda “Rəvan” sindromunu qırmağa çalışırdı. Bu, bizim “Rəvan”la ilk heç-heçəmiz idi. Futbolçularım oyunda tapşırıqları yerinə yetirə bildilər. Yalnız bu cür uğur qazanmaq olar. Gələn çempionatda hər iki komandanın ilk altılıq uğrunda mübarizə aparacağına inanıram”.
