14 aprel 2012 11:06
Paytaxt derbisini Neftçi qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, 28-ci turun “Neftçi” – “İnter” matçı necə başa çatacaq” sualı ilə müraciət ünvanladığımız oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Paytaxt derbisində “Neftçi”nin qələbə qazanacağını proqnozlaşdıranlar daha çoxdu. Onlar 52 faiz (274 səs) təşkil edirlər.
“İnter”in qələbə qazanacağını proqnozlaşdıranlar isə bir qədər azdı. Belə ki, bu varianta 26 faiz – 133 səs verilib.
Respondentlərin yerdə qalan 22 faizi (112 səs) isə bu görüşün heç-heçə başa çatacağına inanır.
