14 aprel 2012 11:21

Premyer Liqa, 28-ci tur: Oqtay Abdullayevin proqnozu

Azərbaycanın veteran futbolçusu Oqtay Abdullayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 28-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.

Neftçi – İnter
Meydan sahibləri mütləq qələbə qazanmalıdılar ki, əsas izləyicilərindən daha da uzaqlaşıb, titula yaxınlaşsınlar. “Neftçi” hazırda yaxşı sürət yığıb. Amma eyni sözləri “İnter” haqda söyləmək olmaz. Hesab edirəm ki, bu görüşdə də “Neftçi” qalib gələcək.
 
Bakı – Xəzər Lənkəran
Fikrimcə, “Bakı” hazırda bütün fikirlərini Azərbaycan kubokuna yönəldib. Buna görə də paytaxt klubunun elə də güclü motivasiya ilə meydana çıxacağı inandırıcı görünmür. “Xəzər Lənkəran”ın bu oyun ərəfəsində altı xalı silinməsi komandaya pis təsir etsə də, düşünmürəm ki, onlar uduzacaq. Yunis Hüseynovun rəhbərliyi altında onlar öz oyunlarını tapmağa başlayıblar. Bu oyunda da cənubluların qələbə qazanacağını düşünürəm.

Qəbələ - Qarabağ
“Qəbələ” kubokda “Qarabağ”la duellərdən qalib çıxa bilmədiyi üçün indi həmin uğursuzluğun revanşını çempionatda almağa çalışacaq. Bölgə təmsilçisi yaxşı oyun sərgiləsə də, sabit çıxış etmir. Fikrimcə, bu oyunda heç-heçə qeydə alınacaq.

AZAL – Rəvan
Vaqif Sadıqovun gəlişindən sonra AZAL-da dəyişikliklər qaçılmazdı. Çünki hər bir baş məşqçi öz heyətini formalaşdırmağa çalışır. Sadıqovun ilk oyunu heç-heçə bitmişdi. Amma bu görüşdə onların qələbə qazanacağını düşünürəm.
 
Turan – Simurq
Bu komandaların hər ikisi gah yaxşı oynayır, gah da əksinə. Ona görə də bu komandaların oyununa proqnoz vermək çətindi. Bu üzdən də mən hansısa nəticə demək istəmirəm.
 
Sumqayıt – Kəpəz
Hər iki komandanın meydana qələbə üçün çıxacağı dəqiqdi. “Sumqayıt”ın istedadlı gənc oyunçuları var. Amma onlar sabit oyun sərgiləyə bilmirlər, tez-tez xal itirirlər. Gəncəlilər də qeyri-sabitlikdən qaçmağa çalışırlar. Ona görə də proqnozum heç-heçədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.